Bu ağıllı pult idarəedicisi, televizor, kondisioner və digər infraqırmızı (IR) portlu cihazları idarə etməyə imkan verir. Tuya mobil tətbiqi vasitəsilə istənilən yerdən bu cihazları rahatlıqla açıb/söndürə bilərsiniz.
Həmçinin temperatur və nəmlik sensoru sayəsində otaq şəraitini izləyə və avtomatik senarilər qura bilərsiniz. Məsələn, temperatur müəyyən həddi keçdikdə kondisioneri avtomatik yandıra və ya söndürə bilər.
Bu ağıllı cihaz ilə evinizdə və ya ofisinizdəki cihazları rahat və smart idarəetmə təcrübəsi qazanın! 🚀