Təbii Qaz Sızma Sensoru TYQG-03

0 rəy üzərindən

Tuya programı ilə işləyən ağıllı qaz sızma ötürücüsüdür. Qaz sızması olduqda telefonunuza bildiriş göndərə bilir.

 56.00

Ağıllı Wi-Fi Qaz Sızma Sensoru TYQG-03

Mobil Tuya tətbiqi ilə inteqrasiya olunmuş bu cihaz evinizdəki qaz sızmalarını anında aşkarlayır, həm yerli səs siqnalı, həm də telefonunuza bildiriş göndərməklə təhlükəsizliyi maksimuma qaldırır. Eyni zamanda otaq temperaturunu ölçən sensoru sayəsində həm qaz, həm də yüksək temperatur xəbərdarlıqları yarada bilərsiniz.


Məhsulun Ümumi Təsviri

  • Model: TYQG-03
  • Əlaqə protokolu: Wi-Fi (2.4 GHz)
  • Enerji təchizatı: DC 5 V (USB-C adapter)
  • Aşkar etdiyi qaz növləri: Təbii qaz (metan), Metan, Biogaz
  • Əlavə funksiya: Daxili temperatur sensoru (istədiyiniz həddə çatdıqda xəbərdarlıq)

Texniki Parametrlər

Parametr Göstərici
Adapter girişi USB-C (DC 5 V)
Şəbəkə Wi-Fi 2.4 GHz
Səs gücü > 80 dB
Sensor ömrü Təxminən 3 il
Ölçülər Ø 91 mm × H 28 mm
Quraşdırma yeri Divar və tavan
Temperatur diapazonu –10 °C … +50 °C
Sistem tələbləri Android 5.0+ / iOS 10.0+

Əsas Funksiyalar və Faydalar

  1. Uzaqdan nəzarət Tuya app-ilə

    • Qaz sızma aşkar edilən kimi telefona push-bildiriş.
    • Sensorun PPM göstəricisi, vəziyyəti (Normal/Fault/Alarm) və tarixçəsi tətbiqdə.
  2. Yerində səs siqnalı

    • 80 dB siqnal ilə otaqdakiləri dərhal xəbərdar edir.

  3. Temperatur müşahidəsi

    • Ön təyin olunmuş kritik temperatur səviyyəsinə (məsələn +34 °C) çatanda bildiriş.
  4. Ağıllı ev inteqrasiyası & Qaz kran avtomatik idarəsi

    • Tuya tətbiqində “senari” yaradaraq qaz kranını açmaq və bağlamaq imkanı.
    • Əlavə olaraq: qaz kran bağlayıcı cihazınız varsa (məsələn, yuxarıdakı nümunə şəklindəki valve actuator), TYQG-03–dən gələn siqnal əsasında ona komanda göndərir, mənzilin qaz girişini avtomatik bağlayır və ya yenidən açır.
    • Alexa & Google Assistant dəstəyi.
    • Qaz&Su kran avtomatik idarəsi məhsuluma keç
  5. Avto-test funksiyası

    • Daxili öz-özünə yoxlama:
      • 🟢 Yaşıl – Normal
      • 🟡 Sarı – Qüsur
      • 🔴 Qırmızı – Sızma

Quraşdırma və İşə Salma Təlimatı

  1. Cihazı quraşdırma

    • Divar və ya tavan üzərinə montaj üçün paketə daxil olan vint və dübeldən istifadə edin.
    • Montaj lövhəsini divara/tavana bərkidib cihazı onun üzərinə yerləşdirin.
    • USB-C kabeli ilə enerji verin.
  2. Wi-Fi şəbəkəsinə qoşulma

    • Telefonu 2.4 GHz Wi-Fi-yə keçirin.
    • Tuya Smart / Smart Life tətbiqində “+” → “Gas Sensor” seçin.
    • Şəbəkə şifrəsini daxil edib əlavə edin.
  3. Senarilər və bildirişlər

    • “Qaz sızma aşkar edildi” hadisəsinə qaz kran bağlayıcı əmri əlavə edin.
    • Temperatur hüdudunu təyin edib, xəbərdarlıqları aktivləşdirin.

FAQ

  1. Sensor hansı qazları aşkar edir?
    Təbii qaz (metan), Metan və Biogaz. Duman/sayaxt hissəcikləri aşkarlanmaz.

  2. Wi-Fi parametrləri necə olmalıdır?
    Yalnız 2.4 GHz dəstəklənir; zəif siqnala görə range-extender tövsiyə olunur.

  3. Tuya app-də cihaz görünmürsə?

    • Telefonun 2.4 GHz Wi-Fi-də olduğuna əmin olun.
    • Cihazı sıfırlamaq üçün düyməni 5 saniyə basın, LED narıncı yanıb-sönəndə yenidən əlavə edin.
  4. Səs siqnalını necə test edim?
    Tuya app-də “Self-test” funksiyasını işə salın.

  5. Temperatur sensoru necə işləyir?
    Daxili termometr otaq temperaturunu ölçür; öncədən təyin olunmuş həddə çatanda telefon və cihaz xəbərdarlıq verir.

  6. Alexa/Google Assistant necə qoşulur?
    Tuya hesabınızı Alexa/Google Home tətbiqinə bağlayıb “Gas Sensor” cihazını aktivləşdirin.

  7. Qaz kran valve actuator ilə inteqrasiya nümunəsi

    • Addım 1: Valve actuator (yuxarıdakı şəklə bənzər) enerji və Tuya tətbiqinə qoşulur.
    • Addım 2: Tuya app-də “Gas Sensor” üçün yeni senari yaradın:
      Əgər “Gas Sensor” alarm vəziyyətinə keçsə → “Valve Actuator”u “Close”  
      Əgər “Gas Sensor” normal vəziyyətə qayıtsa → “Valve Actuator”u “Open”  
      
    • Nəticə: Qaz sızma anında cihaz avtomatik qaz kranını bağlayır, təhlükə aradan qalxdıqda kranı açır.
  8. Cihazın ömrü və baxım

    • Modul ömrü: ~3 il.
    • Hər 6 ayda bir toz təmizliyi və deşik yoxlaması.
  9. Fault vəziyyəti nədir?
    Daxili öz-özünə yoxlama zamanı nasazlıq aşkar edilən zaman sarı LED yanıb-sönür və bildiriş.


# # # # # # # #

Məhsul rəyləri

Yalnız bu məhsulu alan şəxslər rəy bildirə bilər.

Bu məhsula rəy yazılmayıb.

Çatdırılma məlumatları

Çatdırılma qaydalarını ətraflı oxumanızı tövsiyyə edirik.

📒 Məhsulların çatdırılması sifarişçi tərəfindən göstərilən ünvana göndərilir.

⚠️ Ünvanı dəyişsəniz, dərhal bizə məlumat verin.

Bakı və ya bütün Azərbaycana çatdırılma

  • 🚲 Sifarişin çatdırılması Kuryer şirkəti və ya Azərpoçt(yaxınlığınızdakı ən yaxın Poçt şöbəsinə) tərəfindən çatdırılır.
  • 🕙Təxmini çatdırılma müddəti çatdırılma növündən asılı olaraq 1-3 gündür. Kuryer ilə həmin gün(bəzən növbəti günə) çatdırılır. Azərpoçt isə müddət 1-3 iş günü olmaqla alıcı sifarişin poçt şöbəsinə çatdırıldığı barədə əlavə bildiriş alacaq.
  • 🆓 Şəhər daxili Pulsuz çatdırılma üçün sifarişin minimum dəyəri 80 manat üzəri olmalıdır.
  • 🆓 Azərpoçt ilə Pulsuz çatdırılma üçün sifarişin minimum dəyəri 40 manat üzəri olmalıdır.
  • 💰Qeyd olunan məbləğlərdən az olan sifariş və ya Təcili sifariş Alıcının hesabına həyata keçirilir.
  • 📃 Çatdırılma dəyəri avtomatik olaraq ödəniş üçün hesab-faktura daxil edilir.

Qeyd: Saat 15:00-dan əvvəl sifariş verdikdə, həmin gün bağlama çatdırılmaya verilir, əks halda bağlama növbəti iş günündə qala bilər.

Qaytarılma məlumatları

Geri qaytarılma qaydalarını ətraflı oxumanızı tövsiyyə edirik.

Geri qaytarma siyasəti

  • Smarttouch.az saytından alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

  • Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Geri qaytarma səbəbi: Qüsurlu mal(İstehsalçı qüsuru)

  • Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır. Qüsuru yerində təsdiqləmək mümkün deyilsə, məhsul servisə göndərilir.

Geri qaytarma səbəbi: Digər

  • Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu halda geri qaytarılma həyata keçirilə bilər.

Care to Share:

Seçilmiş məhsullar

Hamısına bax